00:00:00
Yazar
Admin User
05.09.2025 12:47 96 1 dəq oxuma
Siyasət

Putin müharibəni dayandırsa, ağır sualla üzləşəcək

Putin müharibəni dayandırsa, ağır sualla üzləşəcək

Rusiya-Ukrayna müharibəsində yüz minlərlə insan həyatını itirib. Putinin nəzarət altına aldığı əraziləri kim tanıyır ki?

 

"İnformator.az"xəbər verir ki,bu fikirləri "Axar.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

 

“Putin müharibəni dayandırsa, onu çox ağır suallar gözləyir. Qardaş Türkiyə Putinin üzünə deyir ki, sən işğalçısan, sən Krımı Ukraynaya qaytarmalısan. Amma Putin heç nə demir. Çünki bilir ki, Türkiyəni də itirəcəyi təqdirdə, necə deyərlər, oksigen balonu tamam bağlanacaq. Putin onsuz da öz taleyiylə barışıb. Fərqindədir ki, öz perspektivini itirib. Son günlər açıqlama verir ki, uğurla irəliləyirik. Üç il yarımdır ki, irəliləyirlər. Guya hansısa məsələni həll edirlər. Üç il yarıma 3-4 qəsəbə, 1-2 vilayət... Sənə nə qədər müddət lazımdır ki, Ukraynanı ram edəsən?!”

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər