00:00:00
Yazar
Admin User
18.09.2025 18:36 78 1 dəq oxuma
Dünya

"Putin məni həqiqətən məyus edib"

"Putin məni həqiqətən məyus edib"

 

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı mövqeyindən narazı qaldığını açıqlayıb. Tramp qeyd edib ki, Putin onu “həqiqətən məyus edib”.

 

İngiltərəyə rəsmi səfərinin son günündə Baş nazir Keir Starmerlə keçirdiyi birgə mətbuat konfransında çıxış edən Tramp bildirib ki, prezidentliyə gəlməmişdən əvvəl Rusiya-Ukrayna müharibəsinin “ən asan bitirə biləcəyi müharibə” olacağını düşünüb:

"7 müharibəni sona çatdırdım. Putinlə münasibətlərimdən dolayı bu müharibənin ən asan olacağını düşünürdüm, amma o, məni həqiqətən məyus edib", – deyə Tramp vurğulayıb.

 

ABŞ Prezidenti Rusiyanın Ukraynadan daha çox hərbçi itirdiyini iddia edib və müharibənin hər halda sona çatdırılmalı olduğunu, bu istiqamətdə işlərini davam etdirəcəyini bildirib.

 

“Putini Alyaskaya dəvət etməkdən peşman olub-olmadığı” sualına isə Tramp qısa şəkildə “Xeyr” cavabını verib.

 

Avropa ölkələrinin hələ də Rusiyadan neft almaqda davam etdiyini xatırladan Tramp əlavə edib:

"Sadə şəkildə deyirəm: Neftin qiyməti düşərsə, Putin müharibəni bitirməkdən başqa çarə tapa bilməyəcək".

 

TRT XƏBƏR

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər