00:00:00
Yazar
Admin User
08.10.2025 18:59 139 2 dəq oxuma
Siyasət

Putin Qərbə xəbərdarlıq edir

Putin Qərbə xəbərdarlıq edir

ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” tipli qanadlı raketlər vermək niyyəti Rusiyada ciddi narahatlıq yaradıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, mən hesab edirəm ki, ABŞ bu elanla hələ dərhal Ukraynaya “Tomahawk” verməyəcək:

 

"Tramp bir neçə gün əvvəl — dəqiq desək, iki gün öncə — bildirib ki, o, Ukraynaya “Tomahawk” tipli raketlərin verilməsinə qərar verib. Amma hələlik nə vaxt veriləcəyi dəqiq deyil. Tramp həm də deyib ki, biz bu raketləri verəcəyik, lakin Ukrayna onlardan necə istifadə edəcək — bu sual açıq qalır. Mütəxəssislər bildirirlər ki, “Tomahawk” qanadlı raketləri əsasən xüsusi buraxılış qurğularına atılmalıdır: sualtı qayıqlar, böyük hərbi dəniz gəmiləri və s. Belə qurğular Ukraynada yoxdur. Yəni bu raketlərin Ukraynada necə istifadə olunacağı əsas məsələdir. Bundan əlavə, “Tomahawk”ların kompüter sistemləri, texniki xidməti və digər tələbləri var. Azərbaycanda da bu tip sistemlərə yiyələnmiş mütəxəssis və avadanlıq yoxdur. Buna görə mən hesab edirəm ki, ABŞ bu elanla hələ dərhal Ukraynaya “Tomahawk” verməyəcək. Xarici mətbuat bugün yazır ki, proses bir-iki ay çəkə bilər. Həmçinin bəzi məlumatlar var ki, ABŞ-də artıq kifayət qədər ehtiyat “Tomahawk” qalmayıb. Trampın bu bəyanatı daha çox Rusiyaya — Putinə təsir göstərmək məqsədi daşıyır.Putin də xəbərdarlıq edib ki, əgər Amerika Ukraynaya “Tomahawk” verərsə, bu, Rusiya-ABŞ münasibətlərinə ciddi təsir göstərə bilər. Rusiya hərbi ekspertləri və xarici təhlilçilər deyir ki, bu addım eskalasiyanı gücləndirə bilər. Rusiya mətbuatında belə yazılır ki, bu, Rusiya ilə Qərb (NATO) arasında birbaşa müharibəyə yol aça bilər. Valday konfransında Putin də bir neçə gün öncə bildirib ki, Rusiya ilə NATO arasında faktiki qarşıdurma gedir.Bir başqa risk də budur: əgər Ukrayna bu tip cihazlardan istifadə edə bilməzsə, başqa bir Avropa ölkəsi adından ya həmin ölkənin vasitəsilə belə silah istifadə olunarsa, bu, vəziyyəti daha da gərginləşdirə bilər və cəbhəni genişləndirə bilər. Nüvə məsələsinə gəldikdə, “Tomahawk” raketlərinin nüvə başlığı daşımaq potensialı var. Rusiya tərəfi bununla bağlı ritorikadan istifadə edə bilər və taktiki nüvə silahlarından bəhs edə bilər. Lakin mən hesab etmirəm ki, bu, real olaraq nüvə müharibəsinə gətirib çıxaracaq. Əlbəttə, ritorika və nüvə hədəfləri olacaq, amma praktiki nüvə istifadəsinə yol veriləcəyini gözləmirəm — bu, bütün dünya üçün qəbuledilməz fəsadlar doğurar.Nəticə etibarilə, ABŞ-nin “Tomahawk” bəyanatı həm taktiki, həm də siyasi təzyiq vasitəsidir. Bu addım eskalasiyanı gücləndirə və Rusiya-Qərb münasibətlərində gərginliyi artırə bilər, amma tammiqyaslı nüvə qarşıdurması riskini real hesab etmirəm".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər