Putin Roma Papası ilə telefon danışığı aparıb
Rusiya prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefon danışığı aparıb.
“İnformator.az” APA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı Putin XIV Leoya möhkəm cansağlığı və bu yaxınlarda keçirdiyi əməliyyatdan sonra tezliklə sağalmasını arzulayıb.
Putin həmçinin Rusiya-Vatikan əməkdaşlığının mənəvi və əxlaqi dəyərlərin birləşdirilməsində əhəmiyyətini qeyd edib. Rusiya prezidenti Ukrayna münaqişəsinin həllinə töhfə verməyə hazır olduğuna və davam edən humanitar səylərinə görə Papaya təşəkkür edib.