00:00:00
Yazar
Admin User
05.09.2025 19:39 133 2 dəq oxuma
Dünya

Putin: “Türkiyə Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında mühüm rol oynayır”

Putin: “Türkiyə Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında mühüm rol oynayır”

Putin Çində ŞƏT sammiti çərçivəsində Ərdoğanla görüşdə bildirib ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında mühüm rol oynayır və bu rol gələcəkdə də tələb olunacaq. O, siyasi-diplomatik səylərinə görə Türkiyəyə təşəkkür edib.

 

Mövzu ilə bağlı politoloq Oktay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Putin və Ərdoğan görüşməsi vacib bir görüşdür:

 

"Orada Putinin Türkiyəyə yönəlik xoş sözləri də məhz bu münasibətlərin təzahürü kimi dəyərləndirilməlidir. Türkiyə Rusiya-Ukrayna savaşında ciddi rol oynayan bir ölkədir. Məhz onun ərazisində Rusiya və Ukrayna arasında danışıqlar həyata keçirilib. Tərəflər hətta 2022-ci ilin martında müəyyən razılaşmalara çox yaxın idilər. Ondan sonrakı dövrdə həm taxıl dəhlizinin yaradılması, həm də əsirlərin dəyişdirilməsi ilə bağlı məsələlərin razılaşdırılması Türkiyənin vasitəçilik rolu ilə əlaqəlidir və bundan sonrakı mərhələdə də, şübhəsiz, Türkiyə bu rolu davam etdirəcək. Türkiyə tərəfi dəfələrlə münaqişə tərəflərini İstanbulda görüş keçirməyə dəvət edib, məkan ayırmağa hazır olduğunu bəyan edib. Amma Türkiyənin bu savaşı dayandırmaq üçün təkbaşına potensialı yetərli deyil. Sadəcə olaraq, Türkiyə unikal bir siyasət aparmaqla həm Rusiya, həm də Ukrayna tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur. Türkiyənin səyləri, əlbəttə ki, vacibdir və bu səylər nəticə verərsə, bu, ümumən bütün tərəflərin maraqlarına uyğun olacaq. Əlbəttə ki, Türkiyənin vasitəçiliyi hansısa real nəticələrə gətirəcəksə, bu, Qərb, xüsusilə də Avropa ilə Türkiyənin münasibətlərinə müsbət təsir edəcək bir amil olacaq. Amma təəssüf ki, hələlik Rusiyanı masa arxasına gətirmək mümkün olmayıb. O ki qaldı Türkiyənin tərəflər arasında balansına, bu balans kifayət qədər ciddi şəkildə qorunub. Belə ki, Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak etmir, onunla ticarəti davam etdirir. Eyni zamanda, Türkiyə Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, ona müəyyən yardım edir və bu işğalı tanımadığını bəyan edir".

 

Ayşən Səlimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər