00:00:00
Yazar
Admin User
03.06.2025 14:25 148 1 dəq oxuma
Dünya

Putin, Tramp və Zelenski bir araya gələcəkmi? Kreml-dən açıqlama

Putin, Tramp və Zelenski bir araya gələcəkmi? Kreml-dən açıqlama

Kreml sözçüsü Dmitri Peskov, Rusiya-Ukrayna danışıqlarından sonra verdiyi açıqlamada Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında üçtərəfli görüşün yaxın vaxtlarda baş tutmasının gözlənilmədiyini bildirdi. Peskov belə bir zirvənin keçirilməsi üçün əvvəlcədən geniş texniki hazırlıqların aparılmasının vacibliyinə diqqət çəkdi.


O, İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları barədə də fikirlərini bölüşüb. “Danışıqlarda mühüm razılaşmalar əldə olunub və bu razılaşmalar həyata keçiriləcək”, – deyə Kreml sözçüsü bildirib. O, Rusiyanın danışıqlarda verə biləcəyi mümkün güzəştlərin hələlik ictimaiyyətə açıqlanmadığını qeyd edib və bu məsələnin tərəflər arasında müzakirə olunmasının vacib olduğunu vurğulayıb.


KREML-DƏN ZELENSKİYƏ: GÜLÜNC VƏ UĞURSUZ


Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfi ilə razılaşdırılmış sülh sənədi layihəsini ictimaiyyətlə paylaşmaq qərarına gəlib. Peskov isə Ukrayna Prezidenti Zelenskiyin İstanbulda verdiyi açıqlamaları “qəribə və uğursuz” adlandırıb.


“TRAMP VƏ PUTİN TEZLİKLƏ GÖRÜŞƏ BİLƏR”.


Peskov, Rusiyanın Vaşinqtonla əlaqə kanallarının açıq olduğunu və bu kanallardan aktiv şəkildə istifadə edildiyini bildirib. Onun sözlərinə görə, Putin və Tramp arasında tez bir görüş təşkil edilə bilər, lakin hazırda bu barədə hər hansı razılaşma mövcud deyil.


Peskov həmçinin Polşada keçirilən son prezident seçkilərini də şərh edərək, bunun Polşanın daxili məsələsi olduğunu qeyd edib.


Mənbə: A HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər