Putin: Ukrayna ilə danışıqlara müsbət yanaşıram
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə aparılan danışıqlara müsbət yanaşdığını bildirib. O, Rusiyanın məqsədlərinin dəyişmədiyini və ordunun cəbhə xəttində irəliləyişini davam etdirdiyini qeyd edib.
Putin, Ukrayna ilə aparılan danışıqlar, cəbhədəki vəziyyət və Rusiyanın hərbi imkanları barədə açıqlamalar verib.
İstanbulda keçirilən görüşləri ümumilikdə müsbət qiymətləndirən Putin, hər iki tərəfin işçi qruplarının yaradılması ideyasına isti münasibət göstərdiyini və bu danışıqların sakit bir mühitdə davam etməsi barədə razılığa gəldiklərini bildirib.
O vurğulayıb ki, danışıqlardan narazı qalanlar reallıqdan uzaq gözləntilər içində olub. Danışıqların davam edəcəyi düşünülür, lakin Rusiya bu prosesdəki hədəflərinə sadiq qalır.
Bundan başqa, həm Rusiyanın, həm də Ukraynanın təhlükəsizliyinin ümumavropa təhlükəsizliyi çərçivəsində nəzərdən keçirilməsinin məqsədəuyğun olacağını bildirib. Həmçinin, hər iki ölkənin mümkün güzəştləri müzakirə edə biləcəyi işçi qruplarının formalaşdırılacağına ümid etdiyini əlavə edib.
Cəbhədəki vəziyyətə toxunan Putin, rus ordusunun bütün cəbhə boyu irəlilədiyini bildirib. O, xüsusilə Bahmutun qərbində yerləşən Çasiv Yar şəhərinin bir neçə gün öncə nəzarətə götürüldüyünü qeyd edib. Hərbi imkanlar barədə danışarkən, Oreshnik raket sisteminin kütləvi istehsalına başlanıldığını və ilk partiyanın orduya təhvil verildiyini açıqlayıb.
Çıxışının sonunda yüzlərlə insanın doğma torpaqlarına qayıtdığını və davamlı, sabit sülhə ehtiyac duyulduğunu qeyd edib.
TRT XƏBƏR
Nuray Əliyeva