Putin: Ukraynada Qərb qüvvələri qanuni hədəf sayılacaq
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynaya göndəriləcək istənilən Qərb hərbi qüvvəsi Moskva üçün "qanuni hədəf" olacaq.
Putinin bu xəbərdarlığı, Fransa Prezidenti Emmanuel Makronun 26 ölkənin Kiyevə müharibədən sonrakı təhlükəsizlik zəmanətləri verəcəyini açıqlamasından bir gün sonra səsləndirilib. Həmin təhlükəsizlik zəmanətləri quru, dəniz və hava qüvvələrini əhatə edən beynəlxalq qüvvənin Ukraynaya göndərilməsini nəzərdə tutur. Makronun istinad etdiyi “Könüllülər Koalisiyası Liderlər Zirvəsi”ndə Türkiyəni vitse-prezident Cevdet Yılmaz təmsil edib.
BBC NEWS
Səmayə Səftərova