00:00:00
Yazar
Admin User
05.09.2025 14:46 226 1 dəq oxuma
Siyasət

Putin və Tramp növbəti dəfə görüşə bilər

Putin və Tramp növbəti dəfə görüşə bilər

Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında danışıqların ikinci raundu mümkündür.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirir ki, Rusiya Prezidenti ilə ABŞ-nin Prezidenti Donald Tramp arasında danışıqlar əvvəlcə Ukrayna mövzusundadır:

 

“Çinlə ABŞ arasındakı rəqabətdən Rusiya bəhrələnmək istəyir. ABŞ-nin Rusiyaya qarşı Ukrayna məsələsində təzyiqi Rusiyanın da Çinə daha da yaxınlaşmasına səbəb ola bilər. Sanksiyaların yumşaldılması gözlənilən deyil. Fəqət ABŞ Rusiyaya Ukrayna müharibəsində güzəşt etməyi təklif edə bilər. Buna rəğmən yaxınlaşma regional münaqişələrin həlli məsələsini də gündəmə gətirə bilər. Bütün bunların fonunda Ukrayna müharibəsinin bitməsi ön plandadır. Çünki bu, demək olar ki, bütün maraqlara xələl gətirəcək həddə çatıb. Prezidentlərin görüşü ümumi mənada müsbətdir və şübhəsiz ki, cüzi də olsa gözləntiləri doğrulda bilər. Hazırda əsasən Çinin ABŞ-yə qarşı rəqabəti mövzudur. Çin iqtisadi, hərbi və digər yönlərdə ABŞ ilə üz-üzə dayanıb. Bu vəziyyətdən də Rusiya bəhrələnmək istəyir. Çinlə yaxşı münasibətlərinə rəğmən ABŞ-yə təsir göstərmək, Ukrayna savaşında tutduğu torpaqlardan çəkilməmək etinasızlığı umur. Məhz bu səbəbdən də ABŞ-ni Ukrayna məsələsində Rusiyaya ciddi təziq edə bilmir”.


Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər