00:00:00
Yazar
Admin User
15.09.2025 07:46 111 1 dəq oxuma
Dünya

Putin və Zelenski ABŞ-nin iştirakı olmadan danışa bilmirlər

Putin və Zelenski ABŞ-nin iştirakı olmadan danışa bilmirlər

ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında danışıqlar ABŞ-ın iştirakı olmadan mümkünsüzdür.

 

"İnformator.az" xəbər verir ki, Donald Tramp bu barədə Ağ evdə jurnalistlərlə görüşündə deyib.

 

“Ukrayna və Rusiya liderləri bir-birinə o qədər nifrət edirlər ki, Vaşinqtonun vasitəçiliyi olmadan danışa bilmirlər”, – deyə Birləşmiş Ştatların dövlət başçısı bildirib.

 

O, həmçinin ABŞ-nin iştirakı ilə üçtərəfli görüşün yaxın zamanda baş tutacağını istisna etməyib.

 

“Biz bu məsələni bir şəkildə həll edəcəyik, özü də nisbətən yaxın zamanda”, – deyə Ağ evin rəhbəri vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər