00:00:00
Yazar
Admin User
26.08.2025 16:28 145 2 dəq oxuma
Siyasət

Putin və Zelenski arasında münaqişə davam edir

Putin və Zelenski arasında münaqişə davam edir

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenskini bəyənmədiyini bildirib. Tramp həmçinin qeyd edib ki, dövlət başçıları şəxsi antipatiyalarına görə görüşlərdən yayınmaq hüququna malikdirlər və vurğulayıb ki, Zelenski də Putini bəyənmir.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Trump belə bir açıqlama verib və bu, dünya tərəfindən çoxdan bilinir:

 

"Tramp da etiraf edib ki, Zelenski ilə Putin bir-birinin xoşuna gəlmir. Amma beynəlxalq münasibətlər sistemində dövlət başçıları və dövlətlərin maraqlarına uyğun hərəkət etməsi şəxsi simpatiyalardan asılı olmamalıdır. Trampın bu yanaşması onun xarakterinə xasdır. O izah etməyə çalışır ki, görüş alınmır, çünki şəxsi münasibətlər yaxşı deyil və bu onların haqqıdır. Amma böyük liderlər yalnız şəxsi xoşluğa görə görüşməz və ya hərəkət etməz; əks halda, dünya üçün xaos yaranar. Prinsipial olaraq, şəxsi simpatiya dövlət siyasətində üstünlük təşkil etməməlidir. Ukrayna və Rusiya arasında problem və münaqişə var və bu, həll olunmalıdır. Görüşmək və dialoq qurmaq, münaqişəni tənzimləmək vacibdir, yalnız şəxsi münasibətlərə görə hərəkət etmək beynəlxalq hüquqa uyğun deyil".

 

Ekspert həmçinin bunu da bildirib ki, Tramp bir çox məsələləri həll edə bilsə də, bu mövzuda uğur qazana bilməyib. Onun açıqlaması belə səslənir:

 

"Bunların səbəbi şəxsi xoşluq və ya nifrətdir. Lakin Ukrayna-Rusiya münaqişəsi ya danışıqlar yolu ilə, ya da digər yollarla həll olunmalıdır. Dünya isə hesab edir ki, Rusiya və Ukrayna anlaşmalıdır. Rusiya buna razı deyil və əraziləri işğal etmək siyasətini davam etdirir. Ukrayna isə dialoq təklif edir. Lakin hazırkı vəziyyətdə, münaqişənin həlli görüşlərdən asılı deyil, sahədə baş verənlər nəticəni müəyyən edəcək. 

Əgər görüş baş tutsa, Trump üçün də yol açılırdı və münaqişənin həlli sürətlənə bilər. Lakin görünür ki, tərəflər buna hazır deyil, xüsusilə Putin görüşmək istəmir. Münaqişə davam edəcək və nəticəni döyüş meydanında qalib tərəf müəyyən edəcək".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər