00:00:00
Yazar
Admin User
01.10.2025 17:02 106 2 dəq oxuma
Siyasət

Putin və Zelenski görüşməlidir

Putin və Zelenski görüşməlidir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi hələ də vacibdir. 

 

 Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın belə bir mövqedə dayanması başadüşüləndir:

 

"O, prezident seçiləndə də vədlər verib ki, Rusiyayla Ukrayna arasındakı müharibəni dayandıracaq. O zaman Tramp deyib ki, “mən Putinlə yaxşı münasibətlər quracağam, o mənim dostumdur”. Amma görünən odur ki, Rusiya bu danışıqlara razılıq vermir, Tramp Rusiyanı inandıra bilməyib. Putin danışıqlar masasına əyləşməyə, birbaşa müzakirələr aparmağa razı olmur. Buna görə də son vaxtlar Amerikanın mövqeyi dəyişib, xüsusilə də Rusiyaya qarşı daha sərtləşib. Hazırda nə Rusiya, nə də Ukrayna bu danışıqlara ciddi yanaşmır. Onların yaxın gələcəkdə birbaşa masaya oturması ehtimalı da çox azdır".

 

Ekspert həmçinin bunu da bildirib ki, Trampın bu cəhdlərinə baxanda görünür ki, bu yanaşma əslində nə Rusiyanın, nə də Ukraynanın mövqeyinə xidmət edir, daha çox Trampın öz mövqeyini zəiflədir:

 

"Əgər danışıqlar baş tutmasa, Tramp prosesdən kənarda qalır, Amerika da sanki moderator rolunu itirir. Beləliklə, ABŞ-nin “dünyanın super dövləti” imici də zədələnir. Hətta Tramp sülh danışıqlarını uğurla nəticələndirə bilmədiyi üçün gələcəkdə Nobel mükafatına da iddia edə bilmir. Yəni, ilk növbədə bu vəziyyət Trampın öz mövqeyinə zərər vurur. Əslində, danışıqların baş tutması Trampın xeyrinədir, alınmaması isə onun ziyanına. Digər tərəfdən, danışıqlarda Ukrayna daha çox maraqlıdır. Çünki müharibə Ukraynanın ərazisində gedir. Danışıqlar baş tutsa, ilk növbədə Ukraynanın maraqlarına xidmət edəcək. Lakin eyni zamanda Rusiya da bu müharibədə ciddi itkilər verir. Buna görə də, əslində, uğurlu danışıqlar həm Ukraynanın, həm də Rusiyanın xeyrinə ola bilər".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər