00:00:00
Yazar
Admin User
01.10.2025 16:40 103 1 dəq oxuma
Siyasət

Putin Zelenski ilə görüş üçün Lukaşenkodan vasitəçi kimi istifadə edir

Putin Zelenski ilə görüş üçün Lukaşenkodan vasitəçi kimi istifadə edir

Putin Zelenski ilə görüş üçün Lukaşenkonu göndərməyi planlaşdırır. Lukaşenkonun Zelenski ilə görüşə hazır olduğunu açıqlaması da məhz bu məqsədə hesablanıb.

 

Bununla Kreml həm Tramp ilə münasibətlərdə körpüləri tam yandırmamağa, həm də Zelenski ilə görüşü Lukaşenko vasitəsilə reallaşdırmağa çalışır.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a bildirib ki, Belarusun vasitəçi kimi ortaya çıxması və Lukaşenkonun Zelenski ilə görüşmək istəyi Rusiya ilə razılaşdırılmış məsələdir:

 

“Amma böyük ehtimalla Ukrayna tərəfi buna reaksiya verməyəcək. Bu, əsasən Amerikanın vasitəçilik təşəbbüslərini kənara qoymaq deməkdir. ABŞ yaxşı anlayır ki, Rusiya onun vasitəçiliyi ilə deyil, Belarus vasitəsilə Ukrayna ilə danışmaq istəyir. Düşünürəm ki, Amerika buna müsbət yanaşmayacaq. Son günlərdə münasibətlərdə soyuma da məhz Belarusun önə çəkilməsinə bir reaksiyadır. Böyük ehtimalla Zelenski Lukaşenko ilə görüşməyəcək. Çünki Lukaşenko heç vaxt Rusiyanın mövqeyindən fərqli bir mövqe ortaya qoymayıb. Zelenski isə yalnız Putinlə birbaşa görüşə razıdır. Onun fikrincə, Lukaşenko ilə danışıqlar real nəticə verməyəcək”.

 

Ekspertin sözlərinə görə, müharibənin miqyası Lukaşenkonun vasitəçiliyinin uğur qazanmasına imkan vermir:

 

“Bu, təkcə Rusiya ilə Ukraynanın savaşı deyil, daha böyük bir müharibədir. Avropa ölkələri və Ukraynanı dəstəkləyən qüvvələr Belarusun vasitəçilik roluna razı olmaz. Ona görə də böyük ehtimalla bu təşəbbüs uğursuz olacaq”.

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər