Putindən 10 "Oreşnik" ala bilərik
Rusiya Prezidenti Vladimir Putindən maksimum təxminən on ədəd” “Oreşnik” raket kompleksi ala bilərik.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
MDB-yə üzv dövlətlərin rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra Lukaşenkodan Belarusun nə qədər “Oreşnik” aldığı barədə soruşulub:
“On ədəd – bu, maksimum olacaq”, – deyə Belarus lider gülümsəyərək cavab verib.
