Putini ən qısa zamanda ölkəmizdə gözləyirik
Prezident Rəcəb Tayyib Ərdoğan, Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurası Zirvəsi çərçivəsində Rusiya Prezidenti Putinlə görüşüb.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Zirvəsində iştirak etmək üçün Çinin Tiencin şəhərində olan Prezident Ərdoğan zirvə çərçivəsində görüşlərini davam etdirir.
Prezident Ərdoğan bir oteldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Ərdoğan görüş zamanı “Putini yaxın vaxtlarda ölkəmizdə gözləyirik”, – deyə bildirib.
Görüşdə həmçinin xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, MİT rəhbəri İbrahim Qalın, Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran və Prezidentin baş müşaviri Çağrı Ərhan da iştirak ediblər.
TRT XƏBƏR
Lalə Qurbanlı