00:00:00
Yazar
Admin User
18.09.2025 17:43 177 1 dəq oxuma
Dünya

Putinlə Narendra Modi arasında telefon danışığı baş tutub

Putinlə Narendra Modi arasında telefon danışığı baş tutub

 

Telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq münasibətlər və Ukrayna münaqişəsi müzakirə edilib.

 

Mövzu ilə əlaqədar Politoloq Tural İrfan “İnformator.az” a olan açıqlamasında bildirib ki, Hindistanın Rusiya ilə yaxın münasibətləri var:

 

“Amma hazırki durumda Ukrayna məsələsində Hindistan açıq şəkildə Rusiyanı dəstəkləməkdə ehtiyyatlı davranır. Ukrayna mövzusunda neytral olduğunu göstərməyə çalışsa da Hindistan bir çox sahələrdə Rusiya ilə əlaqələrini genişləndirir. Ancaq Hindistanın neytral mövqeyi də Rusiyaya sərf edir. Çünki ən azı böyük bir nüvə dövləti ona qarşı deyil. Təbii ki, əgər Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin ciddi addımlar atması reallaşarsa Hindistan da seçim qarşısında qala bilər. Sözsüz ki, Hindistanın Qərblə də sıx əlaqələri mövcuddur. Rusiya liderinin Hindistana səfərinin mahiyyəti də bu ölkə ilə daha da yaxınlaşmaq və dəstəyini qazanmaqdır. Fəqət beynəlxalq aləm hazırda Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı önəmli qərarlar qəbul etmək ərəfəsindədir. Belə bir dövrdə Hindistanın açıq Rusiya tərəfindən çıxış etməsi onun üçün arzuedilməz nəticələrə gətirə bilər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər