00:00:00
Yazar
Zəri Bayramlı
29.04.2026 21:44 12 1 dəq oxuma
Siyasət

Putinlə Tramp arasında telefon danışığı olub

 

Putinlə Tramp arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
 

"İnformator.az"xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O qeyd edib ki, Putin həmkarına Qələbə Günü şənlikləri zamanı Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bəyan edib.

Uşakov əlavə edib ki, Tramp bu təşəbbüsü fəal şəkildə dəstəkləyib və bildirib ki, bayram II Dünya müharibəsində nasizm üzərində ortaq qələbəni xatırladır.

Prezidentin köməkçisinin sözlərinə görə, Tramp Rusiya tərəfindən bu yaxınlarda elan edilən Pasxa atəşkəsini müsbət qiymətləndirib.

#azərbaycan #telefon #putinlə #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər