Qüdsdə törədilən terror hücumu nəticəsində 20-ə yaxın şəxs yaralanıb
İki fələstinli Qüdsün (İsrail) şimalında sərnişin avtobusuna atəş açıb, nəticədə 20 nəfər yaralanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Qeyd olunub ki, 5 nəfərin vəziyyəti kritikdir. Bildirilir ki, hadisə yerində olan İsrail Ordusunun hərbçilərindən biri hücum edənləri öldürüb.