Qadın futbolçulardan ibarət Azərbaycan millisi Andorranı məğlub edib
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.
"İnformator.az" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşıb.
Bakıdakı "Bank Respublika Arena"da təşkil olunan görüş Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində qolları 12-ci dəqiqədə Yeliz Açar və 64-cü dəqiqədə Esra Manya vurublar.
Qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.