00:00:00
Yazar
Admin User
28.08.2025 15:45 99 1 dəq oxuma
Siyasət

“Qafqaz Ukrayna müharibəsindən sonra həlledici gücə çevrilir”

“Qafqaz Ukrayna müharibəsindən sonra həlledici gücə çevrilir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Görüşdə regionda sülh prosesi, Vaşinqtonda imzalanmış bəyannamənin tarixi əhəmiyyəti və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar müzakirə olunub. Tərəflər, həmçinin, Naxçıvan üzərindən maneəsiz nəqliyyat bağlantısının yaradılmasının vacibliyini vurğulayıb və bu sahədə Aİ ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.


Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az” saytına bildirib ki, görüşün əhəmiyyəti regiondakı böyük güclərin maraqlarının koordinasiya edilməsindən ibarətdir:


“Məncə, Ukrayna müharibəsinin nəticələri nəzərə alınanda Qafqaz həlledici güc kimi ön plana çıxacaq. Bu mənada Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Çünki Aİ, enerji təhlükəsizliyi baxımından, Azərbaycanın mühüm tərəfdaşıdır”.


Politoloq vurğulayıb ki, Aİ-nin bölgədə fəaliyyət göstərən mülki missiyası bəzən anti-Azərbaycan mövqedən çıxış edib və bu, münasibətlərin yenidən nəzərdən keçirilməsini tələb edir:


"Avropa İttifaqı və ABŞ-nin vasitəçilik missiyaları fərqli gücləri təmsil edir. ABŞ daha çox regionda təsirli mərkəz rolunu oynayır. Bu baxımdan, ABŞ mərkəzli Qərb əlaqələri Azərbaycana daha çox dividendlər gətirə bilər”.


Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər