00:00:00
Yazar
Admin User
30.09.2025 17:55 125 2 dəq oxuma
Siyasət

Qafqazda sülh imzası yaxınmı?

Qafqazda sülh imzası yaxınmı?

Bu məsələnin müzakirə edilməsi təbii ki, çox önəmlidir

 

Məsələ ilə bağlı politoloq Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, bundan sonra da bu məsələlərin müzakirəsi bir müddət davam edəcək:

 

"Çünki Paşinyan açıq sülh Sazişinin imzalanmasını bir qədər, bir neçə ay da uzatmaq fikrindədir. Çünki bilirsiniz ki, gələn ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan çalışır ki, həmin vaxta qədər sülh sazişinin imzalanmasının ömrünü uzatsın. Çünki bilir ki, bu sazişi həmin vaxta qədər imzalansa, müəyyən qədər nüfuzuna da zərbə ola bilər. Çünki doğrudur, Ermənistan cəmiyyətində sülh sazişinin imzalanmasının əleyhinə olanlar kifayət qədər çoxdur. Amma bunun əleyhinə olanlar da var. Paşinyanın əleyhinə olan toplum, toplumun qəzəbinə tuş gəlmək istəmir, onların səsini itirmək istəmir. Bu baxımdan, düşünürəm ki, gələn ilin iyun ayına qədər ən azından sülh sazişinin imzalanması baş tutmayacaq. Ancaq müzakirələr gedəcək ".

 

Həmçinin ekspert vurğulayır ki, təbii ki, bu sülh sazişinin imzalanması regionda gərginliyin müəyyən qədər azalmasına səbəb olacaq:

 

"Amma hesab edirəm ki, bu sülh sazişi Azərbaycandan daha çox Ermənistana sərf edir. Çünki bilirsiniz ki, Ermənistan məhz bu sülh sazişi imzalanmadan əvvəl Türkiyə ilə Ermənistanın ən azından, sərhədləri açılmayacaq. Zəngəzur dəhlizinin açılması ən azından, bu saziş imzalanmadan baş tutacaq. Azərbaycan tərəfinin, bilirsiniz ki, fikirləri bu məsəl Azərbaycan üçün də təbii ki, müəyyən qədər faydalı olacaq. Ən azından, Zəngəzur dəhlizinin açılması təkcə Ermənistan üçün deyil, Azərbaycan üçün deyil, bütövlükdə region ölkələri üçün çox faydalıdır. Ona görə də sülh sazişinin imzalanması iki ölkədən əlavə, digər region ölkələri üçün də faydalıdır. Bu baxımdan hesab edirəm ki, hər bir yeni ölkə başa düşür və sülh sazişinin imzalanması imzalanmasına öz töhfəsini verməkdə qərarlıdırlar. Təbii ki, bəzi qonşu ölkələr var ki, bunun əleyhinədir. Bu da müəyyən səbəblərdən onlar da tez-tez sakinin imzalanmasında israrlı olacaqlar ".

 

Gülcan Salahova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər