00:00:00
Yazar
Admin User
16.11.2024 17:06 294 1 dəq oxuma
İdman

Qalatasaray tərəfdarları Kerem Aktürkoğlu üçün darıxıb!

Qalatasaray tərəfdarları Kerem Aktürkoğlu üçün darıxıb!

Milli Futbol Komandasının Ueli qəbul etdiyi matçda Kerem Aktürkoğlu üçün xüsusi pankart açılıb.

 

UEFA Millətlər Liqası B Liqasının 4-cü qrupunun 5-ci həftəsində Milli Futbol Komandası Uelslə qarşılaşıb. Qarşılaşma zamanı tribunalarda milli futbolçular üçün xüsusi bannerlər görünüb. "Qalatasaray" azarkeşləri Vinçenzo Montella tərəfindən ilk 11-liyə təyin edilən Kerem Aktürkoğlu üçün pankart açıb. Qalatasaray azarkeşlərinin açdığı pankartda bu ifadələr işlədilib: "Qalatasaray mənim evimdir. İnsan evindən əl çəkməz. Kərəm sənin üçün çox darıxdıq".

 

26 yaşlı milli futbolçu mövsümün əvvəlində "Qalatasaray"dan ayrılaraq Portuqaliyanın "Benfika" komandasına transfer olunub. Kerem Aktürkoğlu son müsahibəsində "Qalatasaray"la bağlı emosional açıqlamalar verib.

 

Milli Futbol Komandasının sabiq futbolçusu, hazırda məşqçi kimi çalışan Burak Yılmaz matçdan əvvəl Kerem Aktürkoğlu üçün danışıb.

Burak Yılmaz açıqlamasında, "Kərəmə çox güvənirəm və inanıram. O, əla insandır. Benfikaya getdi və milli komandaya müsbət təsir etdi. Millətlər Liqasında da bombardir olmaq üçün yarışır. O daha da yaxşı yerlərə gələcək".

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər