00:00:00
Yazar
Admin User
13.11.2024 14:32 280 1 dəq oxuma
İdman

Qalatasarayda İsmayıl Jakobs şoku!

Qalatasarayda İsmayıl Jakobs şoku!

Qalatasarayın sol cinah müdafiəçisi İsmayıl Yakobs üçün Seneqal Futbol Federasiyasından zədə ilə bağlı açıqlama gəlib.

 

Federasiyanın rəsmi saytında edilən açıqlamada belə ifadələr yer alıb:

“2024-cü ilin 14 noyabr tarixində keçiriləcək Burkina Faso-Seneqal və 19 noyabr tarixində baş tutacaq Seneqal-Burundi oyunlarına dəvət edilən futbolçu İsmayıl Yakobs, 10 noyabr 2024-cü ildə klubu ilə çıxdığı oyunda zədələnib. Qalatasaray tərəfindən 11 noyabr 2024-cü ildə İstanbulda aparılan MRT müayinələrində sağ ayağında soleus əzələsində 3-cü dərəcəli lezyon aşkarlanıb. Buna görə də İsmayıl Yakobs noyabr ayındakı milli oyunlarda iştirak edə bilməyəcək".

 

Yakobsun meydanlardan 1 ay uzaq qalması gözlənilir.

 

Bu mövsüm Qalatasaray forması ilə 8 oyuna çıxan Yakobs, 1 məhsuldar ötürmə verib və 581 dəqiqə meydanda olub.

 

Mənbə: Hürriyət

Fatimə Abdulrəhimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər