00:00:00
Yazar
Admin User
07.07.2025 11:02 86 1 dəq oxuma
Dünya

Qalstanyan çevrilişi bu ilin sentyabrına planlaşdırırıb

Qalstanyan çevrilişi bu ilin sentyabrına planlaşdırırıb

Arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarlarının hakimiyyəti zorla ələ keçirmək və terror aktı həyata keçirmək planlarının cari ilin sentyabr ayında, kilsə bayramlarından biri ilə eyni vaxtda reallaşdırılması nəzərdə tutulub.


"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan Baş prokuroru Anna Vardapetyan məlumat verib.

 

Onun sözlərinə görə, qanunsuz hərəkətlərin planlaşdırılması artıq 2024-cü ilin noyabrından başlayıb və Qalstanyanla tərəfdarları zərərsizləşdirilənədək davam edib.

 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 24-də dövlət çevrilişinə hazırlıq barədə bəyanatla çıxış etmişdi. Bundan sonra bu işdə şübhəli bilinən şəxslərin axtarışı və saxlanılmasına başlanılıb. Məhkəmə arxiyepiskop B.Qalstanyanı və Şirak yeparxiyasının başçısı, arxiyepiskop M.Acapaxyanı iki aylıq həbs edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər