“ Qaluşçenkoya oğurlamağa və öz adamlarını təyin etməyə imkan vermirdik"
Kudrıtski “BBC”yə verdiyi müsahibədə sabiq energetika naziri Herman Qaluşçenkonu enerji obyektləri üçün müdafiə qurğularının tikintisində uğursuzluğa və “Ukrenerqo”da korrupsiya cəhdlərinə yol verməyə çalışmaqda ora öz adamlarını təyin etmək istəyində ittiham edib.
Bu müsahibəni Kudrıtski 7 noyabrda, Ukraynanın antikorrupsiya orqanları NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu (XAP) “Enerqoatom” şirkətində ehtimal olunan mənimsəmə faktları ilə bağlı istintaqın nəticələrini dərc etməzdən bir neçə gün əvvəl “BBC”yə verib. Həmin işdə indiki ədliyyə naziri Herman Qaluşçenkonun da adı keçir.
Kudrıtski, 2020-ci ildən 2024-cü ilin sentyabrınadək “Ukrenerqo”nun idarə heyətinə rəhbərlik edib. O, bu ilin 28 oktyabrında Dövlət İstintaq Bürosu tərəfindən xüsusilə böyük miqyasda dələduzluq ittihamı ilə saxlanılıb.
Kudrıtski bildirir ki, həmin iş üzrə dövlətə heç bir zərər dəyməyib və öz həbsi ilə “Ukrenerqo”da korrupsiya sxemlərinin təşkilinə mane olmağa çalışması arasında birbaşa əlaqə görür. O, sonradan zamin qarşılığında azadlığa buraxılıb.
Gülnar Mustafayeva
BBC News