00:00:00
Yazar
Admin User
30.08.2025 10:13 103 1 dəq oxuma
Dünya

"Qarabağ" Fransa çempionatından hücumçu transfer edir

"Qarabağ" Fransa çempionatından hücumçu transfer edir


"Qarabağ" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Loryan" klubundan Sambu Sumanonu transfer etməyə yaxındır.

 

Bu barədə məşhur insayder Rudi Qaletti şəxsi X səhifəsində məlumat yayıb.


Mənbənin sözlərinə görə, "Qarabağ" 24 yaşlı forvard üçün qarşı tərəfə 2,5 milyona avro təklif edib. Daha 500 min avro isə bonus şəklində olacaq.

 

Sumano ilə İngiltərənin "Blekbörn" və Polşanın "Vidzev" komandaları da maraqlanır. Lakin seneqallı oyunçu seçimini "Qarabağ"dan yana edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər