00:00:00
Yazar
Elmira Ağayeva
22.05.2026 20:50 15 2 dəq oxuma
İdman

Qarabağ hücum xəttinə yeni nəfəs gətirir”-ŞƏRH

“Qarabağ hücum xəttinə yeni nəfəs gətirir”-ŞƏRH

“Qarabağ” növbəti transferini gerçəkləşdirməyə yaxındır. 26 yaşlı qambiyalı hücumçu Zakaria Savo transferi rəsmiləşdirmək üçün Azərbaycana yollanıb. Bildirilib ki, futbolçu Bakıda tibbi müayinədən keçəcək və daha sonra Ağdam klubu ilə müqavilə imzalayacaq.
“Qarabağ”ın futbolçu ilə maraqlandığı son günlər məlum olub. Hazırda transferin yekun mərhələdə olduğu qeyd edilir.


Mövzu ilə bağlı idman jurnalisti Fuad Eldarov “İnformator.az”a açıqlamasında bildirib ki, Qarabağ növbəti transferini reallaşdırıb:

“Bu mövsümün sonunda hər bir komandanın transfer siyasətinə uyğun bir addımdır. Yəni, təkcə Qarabağ deyil, digər komandalar da artıq mövsüm bitdikcə yeni mövsümə hazırlıqlarını davam etdirirlər. İstər təlim toplanışları, istər kamplar, istərsə də, transferlər heyəti yüksəltdirmə çalışmaları hər bir komanda da davam edəcək. Bu Qarabağda daha tez başlayır. Artıq bir transferini Kiprdən gətirib. Növbəti transferini də reallaşdırmağa yaxındır. Komanda həm Azərbaycan Premyer Liqasında, həm də Avropa kubokunda 2026-2027-ci illər mövsümü üçün hədəflərini indidən seçməlidir.Bu hədəfləri uğrunda paket çalışmalar davam etdirməlidir ki, Qarabağ artıq buna başlayıb. Qarabağın bu mövsüm Çempionlar Liqasındakı çıxışı çox təqdirəlayiq idi. Komanda xüsusi çıxış etdi və 1/16 final mərhələsinə qədər irəlilədi. Amma ki, bu da o demək deyil ki, ötən mövsüm çempion olan komandanın hücumçusu davam etməsi normaldır. Xeyr, elə bir şey ola bilməz. Elə bir futbolçu ola bilər ki, transfer razılaşmaları əsasında baş məşçidən əsasən Azərbaycan Premyer Liqasında oynamaq üçün nəzərdə tutula bilər. İkinci tərəfi də ondan ibarətdir ki, baş məşçi deyə bilər ki, mən səni Azərbaycan Premyer Liqasında oynatmayacam. Sən əsasən Avrokuboklardakı çıxış üçün bizə lazımsan. Bunun da futbolçunun qəbul edib etməməsindən asılıdır. Əgər Avropa Liqasının hədəflərinə uyğun nəzərdə tutulubsa, bu futbolçular, ona görə də əlverişli hesab etmək olar. Komandanın gətirdiyi futbolçunun komandaya necə adaptasi olacağı mühüm məsələdir. Ən mühümü hətta budur. Yəni komanda şəklində oynaya biləcəkmi, yoxsa fərdi ustalıq göstərəcəkmi? Fərdi ustalıq yaxşı bir şeydir. Amma bəzən komandanın ritminə uyğunlaşmayanda, həmin futbolçunun fərdi ustalığı artıq uğursuzluq kimi qiymətləndirdi. Ona görə də, hələ ki, nəsə dəqiq demək tezdir”.


Nuray Əliyeva

#Futbol #idman #Qarabağ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər