00:00:00
Yazar
Aysel Mirzəyeva
20.02.2026 14:56 13 1 dəq oxuma
İdman

"Qarabağ" İngiltərədə məşqdən imtina edib

"Qarabağ" İngiltərədə məşqdən imtina edib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl"la oyunöncəsi mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə mətbuat xidmətindən məlumat verilib.

 

Ağdam təmsilçisinin media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

 

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-də İngiltərədə, "Sent Ceyms Park" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

#edib #gündəm #yeni #imtina #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər