00:00:00
Yazar
Lalə Qafarova
17.08.2026 21:04 32 1 dəq oxuma
İqtisadiyyat

Qarabağ-Maramureş əlaqələri regionun Avropaya açılan qapısı ola bilər - AÇIQLAMA 

Qarabağ-Maramureş əlaqələri regionun Avropaya açılan qapısı ola bilər - AÇIQLAMA

Qarabağ işğaldan azad edildikdən sonra regionun iqtisadi inkişafı əsas prioritetə çevrilib. Bu çərçivədə beynəlxalq əməkdaşlıq imkanları da genişləndirilir. Qarabağ ilə Rumıniyanın Maramureş regionu arasında iqtisadi əlaqələrin qurulması yeni investisiya və tərəfdaşlıq imkanları yarada bilər.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova "İnformator.az"a açıqlama verib. O bildirib ki, hər iki bölgə arasında böyük uyğunluq var:

 

“Bu əməkdaşlıq Maramureşin təcrübəsindən faydalanmağı nəzərdə tutur. Xüsusilə kənd təsərrüfatı, sənaye və turizm sahələrinə investisiya qoyula bilər. Ən çox kənd təsərrüfatı layihələrinə diqqət ayrılmalıdır. Məqsəd Qarabağı bu sahələrdə lazımi səviyyəyə çatdırmaqdır. 

Maramureşdə turizm çox yaxşı inkişaf edib. Bu təcrübə bizim üçün yaxşı nümunə ola bilər. Eyni zamanda iş adamlarının bölgəyə sərmayə qoyması gərəklidir. Yəni hər iki tərəf bir-birinin təcrübəsindən bəhrələnməlidir. Qarabağ ilə Maramureş arasında iqtisadi əlaqələrin qurulması böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Qarabağın Avropaya inteqrasiyası baxımından strateji rola malikdir”.

 

 

Mehriban Yariyeva

#bilər #ola #gündəm #əlaqələri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər