00:00:00
Yazar
Lalə Qafarova
28.04.2026 22:52 20 1 dəq oxuma
Siyasət

Qarabağa Çexiya investisiyası gəlir

Qarabağa Çexiya investisiyası gəlir

Çexiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir. Bu barədə Çex Respublikasının Baş naziri Andrej Babiš Azərbaycana rəsmi səfəri çərçivəsində məlumat verib.

Baş nazir qeyd edib ki, bu məsələ Azərbaycan Prezidenti ilə müzakirə olunub və Çexiya tərəfi müvafiq layihələrdə iştirak etməyə hazırdır. Onun sözlərinə görə, azad edilmiş ərazilər həm iqtisadi, həm də infrastruktur layihələri baxımından geniş potensiala malikdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a siyasi şərhçi Araz Xan bildirib ki, yaranmış vəziyyət ilk növbədə sülhün bölgəyə qazandırdığı imkanların göstəricisidir:

 

“Regionda silahların yerini infrastruktur layihələrinin tutması və investisiya üçün münbit şəraitin yaradılması, təbii ki, xarici investorların diqqətindən yayına bilməzdi. Əgər bu gün Çexiya hökuməti azad edilmiş ərazilərdə investisiya imkanlarını araşdırırsa, deməli, atılan strateji addımlar artıq müsbət nəticələrini verir”.

 

Siyasi şərhçinin qənaətinə görə, Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra regiona daha böyük investisiya axını başlayacaq:

 

“Hətta bu imkandan Azərbaycanla yanaşı Ermənistan da yararlanacaq. Çexiya şirkətləri çevik qərar verərək, əvvəlcədən bu prosesdə öz yerini müəyyənləşdirmək istəyirlər. Təbii ki, bu yanaşma Çexiya-Azərbaycan münasibətlərinə də müsbət təsir göstərir".

 

Aişə Mustafayeva

#qarabağa #gəlir #azərbaycan #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər