Qardaşlıqdan strateji əməkdaşlığa
Daşkənddə Azərbaycan-Özbəkistan hərbi əməkdaşlıq planı müzakirə edilib.
Mövzu ilə bağlı Politoloq Turan Rzayev bildirib ki, Azərbaycanla Özbəkistan arasında onsuz da, hərbi sahədə əməkdaşlıq var və strateji tərəfdaşlıq sazişi imzalanıbdır:
“Özbəkistan, Azərbaycanın rəsmi səviyyədə üçüncü müttəfiqidir. Belə olan təqdirdə deyə bilərik ki, onsuz iki ölkə arasında münasibətlər o həddədir. Yeni mərhələyə keçməyə gəldikdə, əlbəttə ki, yeni strateji tərəfdaşlığımız var və Azərbaycan, Özbəkistan müttəfiqdirlər. Amma hərbi sahədə də artıq müttəfiq olmaq, yəni lazım gələcək tərəflərin bir-birinə hərbi yardım göstərilməsinə dair bir faktın olması mümkün bir şeydir. Ölkələr arasında hazırda münasibətlər get-gedə intensivləşir və təbii olaraq Azərbaycan türk dövlətləri ilə münasibətləri hərbi ittifaq səviyyəsinə qədər qaldırmağı düşünür. Yəni, bu baxımdan da bu versiyalar mümkün görünür. Gələcəkdə Azərbaycan hərbi əməkdaşlığın çoxmillətli formada inteqrasiyası deyərkən, əslində Azərbaycanla Özbəkistan fərqli millət deyillər. Axı türk etnosuna malikdir və indi tamam məsələyə Özbəkistan milləti və Azərbaycan milləti kontekstinə baxsaq bu belə adlana bilər. amma türk ölkəsi və etnik olaraq da türkdü. hər iki ölkə o baxımdan. yəni burda çox millətli yanaşmasını mən bir az doğru hesab etmirəm. Amma təsnifatda təbii ki, belə gedirsə. Bəli, belə bir şey mümkündür. Azərbaycan və Özbəkistan bunu ilkin olaraq qoya bilər. daha sonra digər türk ölkələri də belə bir şeyə qoşula bilərlər. Bəli, bu əməkdaşlıq Azərbaycan, Türkiyə və Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığa təsir edə bilər. Türk dövlətləri təşkilatının əsas iki aparıcı fiqur Azərbaycan və Türkiyədir. Türkiyə ordu baxımdan onsuz da bu türk ölkələri ən güclüsüdür. Siyasi baxımdan da xarici təsir gücləri yaxşıdır. Amma Türkiyənin əksik qaldığı tərəf Mərkəzi Asiya ölkələrindən təmaslardır. Türkiyə Mərkəzi Asiya ölkələrini Azərbaycan qədər tanımır. Xüsusilə Türkiyədə mövcud ideoloji, siyasi iqtidar baxışı Mərkəzi Asiyadan bir az fərqlidir. Yəni Türkiyənin türk İslam baxışı Mərkəzi Asiyanın sovetlər dövründən çıxmış türk milliyyətçi baxışından bir qədər fərqlidir“.
Reyhan Quliyeva