00:00:00
Yazar
Admin User
10.07.2025 05:37 110 1 dəq oxuma
Dünya

Qars dəmir yolu xəttinin gücləndirilməsinə dair razılığa gəlib

Qars dəmir yolu xəttinin gücləndirilməsinə dair razılığa gəlib

Azərbaycan və Çin beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcəklər.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) "İnformator.az"a verilən məlumata görə, ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanan Anlaşma Memorandumu Bakı–Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm bir addım kimi qiymətləndirilir.

 

Sənəddə əsas diqqət həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin gücləndirilməsinə yönəlib. İki qurum Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı–Tbilisi–Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəlib. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər