Qatil İsrail gülləsinə gözünü itirən fələstinli jurnalist nəzarətə alınıb
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində daha əvvəl gözündən atəş açaraq yaralayan 38 yaşlı fələstinli jurnalist Muaz Amarinəni saxlayıb. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərlərinin gülləsinə görə bir gözünü itirən jurnalist Amarine İordan çayının qərb sahilində Beytləhm və Hebron şəhərləri arasında maşın sürərkən İsrail xüsusi təyinatlıları tərəfindən saxlanılıb.
Amarin İsrail qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
Fələstinli jurnalist Amarine 2019-cu ildə üzərində “Press” yazılmış jilet geyinməsinə baxmayaraq, İsrail əsgərləri tərəfindən güllələnib. Onun güllə ilə açdığı atəş nəticəsində bir gözünü itirdiyi bildirilib.
TRT xəbər
Zəhra Möhübbətova