00:00:00
Yazar
Admin User
05.08.2025 10:19 119 1 dəq oxuma
Dünya

Qatil Netanyahu Baş Qərargah rəisinə: Bütün Qəzza zolağının işğalı sizə yaraşmazsa, istefa verin.

Qatil Netanyahu Baş Qərargah rəisinə: Bütün Qəzza zolağının işğalı sizə yaraşmazsa, istefa verin.

 

İsrailin baş naziri Binyamin Netanyahunun Baş Qərargah rəisi Eyal Zamirə mesaj göndərdiyi və "Bütün Qəzza zolağının işğalı planı sizə uyğun gəlmirsə, istefaya getməlisiniz" dediyi bildirilir.Adı açıqlanmayan Baş Nazirlik ofisinin rəsmisi “Jerusalem Post” qəzetinə danışaraq İsrailin Qəzzaya hücumlarında gələcək potensial addımlarını qiymətləndirib.

 

Baş nazirlik rəsmisi bəyan edib ki, Netanyahu bütün Qəzza zolağının işğalına qərar verib.Mənbə bildirib ki, bu qərara uyğun olaraq o, israilli məhbusların saxlandığı düşünülən ərazilərə qurudan hücumlar təşkil etməyi planlaşdırır.

 

Qurum rəsmisi qeyd edib ki, Baş Nazirlik Aparat rəhbəri Zamirə “Bütün Qəzza zolağının işğalı planı sizə uyğun gəlmirsə, istefaya getməlisiniz” mesajını verib.İsrail mediası Zamirin bütün Qəzza zolağının işğalı planının əleyhinə olduğunu yazıb.


TRT Haber
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər