00:00:00
Yazar
Zəhra Həsənova
05.05.2026 20:52 23 2 dəq oxuma
İdman

Qazaxda cüdoçular arasında region birinciliyi keçirilib

Qazaxda cüdoçular arasında region birinciliyi keçirilib

Qazaxda keçirilən U-14 cüdoçular arasında region birinciliyi yeniyetmələrin üzə çıxarılması və gələcək milli komanda üçün baza formalaşdırılması baxımından diqqət çəkən yarışlardan biri olub.


"Region yarışlarının başlıca əhəmiyyəti həmin idman növünün ən ucqar nöqtələrdə belə, təbliğ olunmasıdır. Bacarıqlarını nümayiş etdirən, qələbə sevincini pərəstişkarları ilə bölüşən yeniyetmə idmançılar yaşıdları üçün nümunəyə çevrilirlər".


Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, arenaya idmansevər kimi gələn yeniyetmədə isə özünü mübarizə meydanında görmək istəyi yaranır:

 

"Azərbaycan Cüdo Federasiyasının gələcəyə hesablanmış çoxsaylı səmərəli işlərindən olan region yarışları yeni istedadların aşkarlanmasında mühüm addımdır və olduqca təqdirəlayiqdir. Qazaxda 14 yaşlılar aradında təşkil edilən birincilik mütəxəssislər üçün, bir növ, seçim məkanıdır. Bu isə müxtəlif yaş qrupları üzrə milli komandaların formalaşmasında çox vacibdir. Federasiya hətta region yarışlarını da beynəlxalq standartlara uyğun keçirir. Bu da çox mühüm məsələdir. Nəticədə hələ kifayət qədər təcrübə toplamamış idmançımız kənar mühitdə, daha məsul və irimiqyaslı turnirlərdə nəinki çaşqınlıq yaşamır, təəccüblənmir, əksinə, bütün prosesləri adi qarşılayır, inamlı çıxış edir".


Müsahibin sözlərinə görə, regionlarda istedadların aşkarlanması üçün bu model kifayət qədər effektlidir və yaxın gələcəkdə bütün regionları əhatə edəcək:


"Bu istiqamətdə görülən işlərin yekununda həm ayrı-ayrı yaş qrupları üzrə komandalar, ən başlıcası isə milli komandamız daim güclü, yüksək nəticə verə biləcək cüdoçulardan ibarət olacaq". 


Zəhra Möhübbətova

#cüdoçular #keçirilib #arasında #qazaxda #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər