Qazaxıstan-Ukrayna münasibətləri və regional sabitlik
Qazaxıstanın dövlət siyasəti regionda sülhün qorunmasına və dövlətlərarası münasibətlərin inkişafına yönəlib. Bu yanaşma BMT prinsiplərinə əsaslanır və ölkənin kreativ strategiyası sayəsində bölgədə münaqişələrin sona çatması və sülh münasibətlərinə keçid mümkün olur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, Qazaxıstanın Ukraynaya iqtisadi tərəfdaşlığı mövcuddur və hər iki ölkə keçmiş Sovet respublikalarıdır:
“Rusiyanın Ukraynanı işğal etməsi kontekstində, digər ölkələr də ciddi təhlükə hiss edir. Bu baxımdan Qazaxıstan-Ukrayna münasibətləri regional sabitliyin qorunması üçün əhəmiyyətlidir. Qazaxıstanın təşəbbüsü sayəsində bölgədə müharibələrin sona çatması və davamlı sülhün təmin olunması mümkündür. Həmçinin, bu münasibətlər Qafqaz və Mərkəzi Asiya üçün də vacib nümunədir. Lakin nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynadakı hərbi uğuru həm Qazaxıstan, həm də bütün region üçün ciddi risklər yarada bilər və bu baxımdan tərəflərin strateji planlaşdırması daha da önəmli olur.”
Ayşə Müzəfərli