Qaziantepdə meşə yanğını baş verib
Bu gün günorta saatlarında Uzuoluk məhəlləsinin kənd ərazisində meşəlik ərazidə yanğın baş verib. Tüstünü görən vətəndaşlar 112 Təcili Zəng Mərkəzinə məlumat verdikdən sonra əraziyə 1 ilk müdaxilə maşını, 3 xəndək maşını, 1 su çəni və Nurdağı Meşə Müdirliyinə aid 20 maşın göndərilib.
Jandarma və vətəndaşların da olduğu yanğınla mübarizə işlərinə vertolyot havadan dəstək verib. Saat yarım davam edən hava və quru işlərindən sonra yanğın nəzarət altına alınıb. Ərazidə soyutma işləri davam edərkən, yanğının səbəbinin müəyyən edilməsi üçün araşdırma başladılıb.
Habertürk
Banuçiçək Qurbanova