00:00:00
Yazar
Admin User
27.07.2025 18:55 114 1 dəq oxuma
Dünya

“Qazprom” dünya nəhəngi idi:

“Qazprom” dünya nəhəngi idi:

Təxminən 18 il öncə “Qazprom” şirkətinin dəyəri 247 milyard dollar idi.


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli xatırlatma edib.


O bildirib ki, həmin vaxt “Qazprom”un Direktorlar Şurasının sədri olan Dmitri Medvedyev yaxın gələcəkdə Rusiya qaz nəhənginin qiymətinin 500 milyard, hətta 1 trilyon dollara çata biləcəyi haqda iddialı açıqlama yaymışdı:

 

“O zaman “Qazprom” dünyada üçüncü ən bahalı şirkət idi. Bu gün isə Rusiyanın qaz nəhənginin dəyəri 38 milyard dollardır. Bir zamanlar dünyanın ən bahalı şirkətlərindən biri olan “Qazprom” bu gün oyuncaq istehsalçısı olan “Pop Mart” şirkətindən də ucuzdur. Çinin “Pop Mart” şirkətinin dəyəri “Qazprom”dan 4 milyard dollar yüksəkdir. “Pop Mart” şirkətinin rəhbərləri yaxın zamanlarda Rusiyanın ən bahalı şirkətləri olan “Sberbank”, “Rosneft” və “Lukoyl”u da ötüb keçəcəklərinə inanırlar”.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər