00:00:00
Yazar
Admin User
04.09.2025 07:08 112 1 dəq oxuma
Dünya

Qırğızıstan Azərbaycan və Ermənistan arasında olan razılaşmaları dəstəkləyir

Qırğızıstan Azərbaycan və Ermənistan arasında olan razılaşmaları dəstəkləyir

Qırğızıstan Azərbaycan və Ermənistanın avqustun 8-də Vaşinqtonda sülh və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı əldə etdikləri razılaşmaları dəstəkləyir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek Bişkekdə erməni həmkarı Alen Simonyanla danışıqlar zamanı bildirib.

 

"Çox əminəm ki, bu tarixi hadisə təkcə iki dövlət arasında dostluğu möhkəmləndirməyəcək, həm də Cənubi Qafqazda və bütövlükdə regionda sabitliyə və inkişafa töhfə verəcək", - Qırğızıstan parlamentinin sədri bildirib.

 

O, həmçinin qeyd edib ki, Qırğızıstan Ermənistanla əməkdaşlığın inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində maraqlıdır.

 

Görüşdə ticari-iqtisadi əməkdaşlıq da müzakirə olunub, Qırğızıstan tərəfi öz məhsullarını Ermənistan bazarına ixrac etməkdə maraqlı olduğunu bildirib.

 

N.Turqunbek uulu erməni idmançıları gələn il Qırğızıstanda keçiriləcək VI Ümumdünya Köçəri Oyunlarına dəvət edib.

 

A.Simonyan isə öz növbəsində, ticari-iqtisadi və infrastruktur məsələlərinin həlli yolu ilə tərəfdaşlığın inkişafında maraqlı olduğunu ifadə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər