00:00:00
Yazar
Admin User
15.06.2025 07:02 92 1 dəq oxuma
Dünya

Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir

Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

 

Bu barədə "İnformator.az" "Report"un Cənub bürosuna istinadən xəbər verir.

 

Görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyət daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan vətəndaşının İrandan Azərbaycana gəlməsi gözlənilir.

 

Onların bir qismi bu gün Astara sərhəd-keçid məntəqəsindən quru yolla Azərbaycan gəlib.

 

İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər