Qırğızıstanın yeni bayrağı
Qırğızıstan Milli Məclisin sədri Nurlanbek Şakiyev və Nazirlər Şurasının sədri Kilitbek Çaparovun iştirakı ilə Ala-Too meydanında dizaynı dəyişdirilən ölkənin bayrağının ucaldılması mərasimi keçirilib.
Dövlət katibi Suyunbek Kasmambetov, fövqəladə hallar naziri Boobek Ajikeyev, Baş Qərargah Bələdiyyə sədri Ruslan Mukambetov, Bişkek Böyükşəhər Bələdiyyəsinin meri Aybek Cunusəliyev, 1992-ci ildə ölkə bayrağının dizaynında iştirak etmiş Jusup Matayev və Bekbosun Cayçibekov da iştirak ediblər.
Hərbi orkestr Qırğızıstanın Dövlət Himnini səsləndirərkən əsgərlər nəhəng bayrağı qaldırıblar.
Parlamentin sədri Şakiyev və deputat Ulan Primov tərəfindən hazırlanan “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında qanuna dəyişiklik edilməsi haqqında” təklifi 22 dekabr 2023-cü il tarixində prezident Sadır Coparov təsdiqləyib. Buna uyğun olaraq ölkə bayrağındakı dalğavari günəş şüaları yastılaşdırılıb və ortadakı motivdəki xətlərin sayı artırılıb.
Vüqar Alışov
