"Qırmızı saçlılar " festivalı
Həftə sonu Hollandiyanın Tilburq şəhərində keçirilən "Qırmızı Saç Günləri" festivalı dünyanın hər yerindən minlərlə "təbii qırmızı saçlı" insanı bir araya gətirdi.
Musiqi, küçə yeməkləri və hətta dəri xərçəngi haqqında məlumat seminarları da daxil olmaqla, qırmızı saçlıların xüsusi ehtiyaclarına uyğunlaşdırılmış tədbirlərdən ibarət üç gün davam edən festival 80-ə yaxın ölkədən iştirakçıları qarşıladı. Festivalın rəhbəri Bart Rouvenhorst qeyd edib ki, “saç rəngi ziyarətçiləri birləşdirir”. 2013-cü ildə Ginnesin Rekordlar Kitabına düşən festival "təbii qırmızı saçlıların ən böyük toplantısı" adını daşıyır.
Hürriyet
Samirə Allahverdizadə