“Qırmızı xətlər”dən “sadə yol”a
İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sobhani müsahibəsində Vaşinqton üçtərəfli bəyanatında “koridor” anlayışını inkar edərək, yalnız nəqliyyat yollarının açılmasından danışıldığını vurğulayıb. O, layihənin Ermənistanın suverenliyi çərçivəsində həyata keçiriləcəyini və təhlükə yaratmadığını iddia edib.
Müəllif qeyd edir ki, bu açıqlamalar İranın əvvəllər sərt mövqeyindən geri addım atdığını göstərir. Əvvəllər “qırmızı xət” adlandırılan Zəngəzur marşrutu indi sadəcə “yol” kimi təqdim olunur. Məqalədə vurğulanır ki, Tehran ABŞ-nin təzyiqləri qarşısında məğlubiyyətini “diplomatik qələbə” kimi göstərməyə çalışır.
Caliber
Billurə Quliyeva