00:00:00
Yazar
Elmira Ağayeva
06.05.2026 17:50 23 1 dəq oxuma
Siyasət

Qlobal enerji təhlükəsizliyi niyə Hörmüz Boğazından asılıdır?

 

 

Qlobal enerji təhlükəsizliyi niyə Hörmüz Boğazından asılıdır?

ABŞ hərbi qüvvələri gəmilərin Hörmüz Boğazından keçirilməsi zamanı İranın su və hava məkanına müdaxilə etməyəcək”.

 

 

Bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset mətbuat konfransında bəyan edib.

 

 

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə geosiyasi gərginliyin artması fonunda Hörmüz Boğazı üzərindən ticarət axınlarının dayanması enerji təchizatı, qiymətlər və qlobal iqtisadiyyat üzərində ciddi təzyiq yaradan əsas amillərdən biridir:

 

 

“Regionun təchizat xəritəsi göstərir ki, Hörmüz Boğazına alternativ marşrutlar çox məhduddur. Boğazın bağlanması halında ticarət axınlarını tam kompensasiya etmək mümkün deyil. Bu isə qlobal neft balansında ciddi itkilərə səbəb olur və qiymətlərin artımını sürətləndirir. Eyni zamanda, belə bir vəziyyət qlobal bazarlarda uzun müddətdir mövcud olan sabitlik və bolluq gözləntilərini də sarsıdır.

 

 

Digər tərəfdən, ABŞ Hörmüz Boğazında yaranan gərginlikdən iqtisadi baxımdan fayda əldə edə bilən ölkələrdən biridir. Çünki bu şəraitdə onun xam neft, neft məhsulları və mayeləşdirilmiş qaz ixracı artım göstərə bilər. Bununla belə, boğazın açıq qalması və ticarət axınlarının bərpası ilk növbədə körfəz ölkələrinin birgə səyləri ilə təmin olunmalıdır. Nəzərə almaq lazımdır ki, qlobal neft qiymətlərinə təsir baxımından Hörmüz Boğazına bərabər ikinci bir strateji su yolu yoxdur”.

 

Nuray Əliyeva

#İran #ABŞ #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər