Qlobal günəş enerjisi quraşdırmaları ilin ilk yarısında 64% artıb
Qlobal günəş enerjisi quraşdırmaları ilin ilk yarısında ötən ilin eyni dövrünə nisbətən 64% artaraq 380 giqavata çatıb.
Beynəlxalq enerji beyin mərkəzi Ember-in analizinə görə, bu il də günəş enerjisi quraşdırmalarında rekord gözlənilir. Məlumatlar göstərir ki, günəş enerjisi yalnız sürətlə inkişaf etmir, həm də qlobal enerji sistemini dəyişdirməkdə həlledici rol oynayır.
Dünya üzrə ilin ilk 6 ayında 380 giqavatlıq yeni güc istifadəyə verilib ki, bu da 2024-cü ilin eyni dövründəki 232 giqavatla müqayisədə 64% artım deməkdir.
TRT haber
İbrahimova Aytac