00:00:00
Yazar
Admin User
09.09.2025 17:21 124 2 dəq oxuma
Siyasət

Qlobal siyasi dalğalanmalar bazarlarda gərginlik yaradır

Qlobal siyasi dalğalanmalar bazarlarda gərginlik yaradır

 

Bircə gün ərzində bir neçə ölkədə siyasi böhranlar yaşanıb: Britaniyada baş nazir köməkçisi istefa verib, Yaponiya baş naziri Şigeru İşiha istefa edib, Fransada isə parlamentin güvən səsverməsində uğursuzluq nəticəsində Baş nazir Fransua Bayru istefa edib. Bu gərginliklər fonunda bazarlar davranışını qiymətləndirməyə çalışıb — məsələn, Fransanın valyuta və istiqraz bazarları nisbətən sabit qalıb, amma İndoneziyanın rupisi təzyiq altında düşüb, Argentina peni də zəifləyib.

 

Bu mövzu ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri,iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev “İnformator.az” a açıqlamasında bunun normal hal olduğunu bildirib:

 

“Dünya bazarında qiymətli kağızların alqısı zamanı bir neçə kriteriyalar nəzərə alınır.Yəni,dünyada əsasən xarici valyutaların alqı-satqı prosesləri gedir,o cümlədən də dünya iri şirkətlərinin səhmlərinin qısa müddətli alqı-satqısı prosesləri gedir.Və istənilən bir siyasi proses də həmin bu qiymətli kağızların qiymətlərinin qalxmasına və düşməsinə təsir göstərir.Çünkü qiymətli kağızların bazarı çox həssas bir bazardır.Orda bir neçə kriteriyalar nəzərə alınır.Orda sosial vəziyyətin təsiri,indi gördüyümüz kimi siyasi proseslərin təzyiqi,iqtisadi təzyiqlər deyək,yəni hər hansı bir şirkətdə işçilərin kütləvi çıxarılması,şirkətin özündə olan daxili gərginlik,o cümlədən də hər hansı dövlətin qərarları qalxma və enmələrə həssas təsirlər göstərir.Əslində bu normal bir prosesdir.Ümumiyyətlə dünyada bu proseslər nəticəsində bir qrup adam qazanır,daha da varlanır,digər qrup adam isə kasıblaşa bilir”.

 

Həbibə Xankişiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər