00:00:00
Yazar
Admin User
02.09.2025 19:36 47 1 dəq oxuma
Dünya

Qərb atəşkəs əldə edilməyənədək Ukraynaya qoşun göndərməyəcək

Qərb atəşkəs əldə edilməyənədək Ukraynaya qoşun göndərməyəcək

Ukraynada atəşkəs əldə edilməyənədək oraya Qərb hərbçilərinin göndərilməsindən söhbət gedə bilməz.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.

 

"Bu ana (atəşkəsə - red.) qədər Ukraynaya qoşun göndərilməyəcək", - o, Sat.1 telekanalına müsahibəsində deyib.

 

Kanslerin sözlərinə görə, hətta atəşkəs əldə edildiyi təqdirdə belə, Almaniya üçün bu yalnız "əhəmiyyətli qeyd-şərtlərlə" mümkün olacaq, çünki bu yolda "çoxsaylı maneələr var".

 

Merts Almaniyanın Ukraynada hərbi missiya planlarının olmadığını qeyd edib.

 

Eyni zamanda, kansler qeyd edib ki, Ukraynaya hərbi yardım göstərilməsi məsələləri Avropa Komissiyasının (AK) deyil, "İstəklilər Koalisiyası"nın səlahiyyətindədir.


"Bu, Avropa İttifaqının səlahiyyətində deyil", - o vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər