00:00:00
Yazar
Admin User
29.09.2025 18:22 101 2 dəq oxuma
Siyasət

“Qərb ölkələrində xalqların hakimiyyətlərə təsiri zəifləyib”

“Qərb ölkələrində xalqların hakimiyyətlərə təsiri zəifləyib”

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verərək bildirib ki, Rusiyanı diplomatik həll yoluna yönəltmək üçün Ukraynanın zərbələri davam edəcək. Onun sözlərinə görə, bu addım ölkənin suverenliyini qorumaqla yanaşı, münaqişənin danışıqlar vasitəsilə həllinə nail olmaq məqsədi daşıyır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin son bəyanatı əslində Ukraynada müharibənin ən qısa müddətdə başa çatmasını istədiyinin göstəricisidir:


“Onun sözlərinə görə, ictimaiyyət və xalqlar, adətən, sülhə meyilli olurlar. Lakin təəssüf ki, bu istək real siyasi qərarlara təsir göstərmək gücündə deyil. Ukraynada müharibənin ən qısa müddətdə başa çatmağını istəyən sadə vətəndaşlar və ictimaiyyət nümayəndələri çoxdur. Amma təəssüf ki, xalqın bu məsələdə istəyi nəzərə alınmır və onların arzusu müharibənin taleyinə birbaşa təsir göstərə bilmir. Bunun əsas səbəbi odur ki, artıq həm Avropada, həm Kanadada, həm də ABŞ-də hakimiyyətlərin siyasətinə cəmiyyətin təsir imkanları zəifləməyə başlayıb. Bu isə dünyada demokratik rejimlərin gələcəyi ilə bağlı mühüm suallar yaradır. Açıq şəkildə görünür ki, Qərb ölkələrində xalqların hakimiyyətlərə təsiri zəifləyib və hökumətlər daha çox geosiyasi maraqlar əsasında qərar verirlər. Zelenskinin davam edən hərbi zərbələri diplomatiya üçün bir vasitəyə çevirməsi həm də Qərbin vahid mövqeyi ilə bağlıdır. Zelenskinin son gedişləri Rusiyaya qarşı diplomatik təzyiqlərin güclənməsi ilə nəticələnəcək. Xüsusilə də Ukraynanın ciddi səyləri nəticəsində Donald Trampın Rusiyaya münasibətinin dəyişdirilməsi olduqca əhəmiyyətli məqamdır. Tramp faktiki olaraq Rusiyaya münasibətdə mövqeyini dəyişib və açıq şəkildə bildirib ki, Putin sülhə meyilli deyil. Hətta Tramp Avropa ölkələrinə Rusiyanın hava məkanını pozan təyyarələrinin vurulması ilə bağlı dəstəyini ifadə edib. Bu, Qərbdə mövqelərin sərtləşməsinin əyani sübutudur. Ukraynanın ABŞ ilə hərbi əməkdaşlığı da yeni mərhələyə daxil olub. Ukrayna ilə ABŞ arasında orta mənzilli raketlərdən daha güclü bir neçə min kilometrlik məsafəni vura biləcək raketlərin alınması ilə bağlı danışıqlar aparılır. Azı 5-6 min kilometrlik mənzilli ‘Patriot’ raketlərinin gündəmə gətirilməsi göstərir ki, ABŞ bu məsələdə daha açıq dəstək nümayiş etdirməyə hazır görünür. Əgər bu proses reallaşarsa, Ukraynanın hərbi imkanları əhəmiyyətli dərəcədə artacaq. Həmçinin Avropa ölkələrinin son aylardakı mövqeyinə diqqət çəkib. Avropa ölkələrinin demək olar ki, hamısı Rusiyaya hərbi təzyiqlərin artırılmasının müharibəni mümkün qədər tez başa çatdırmaq üçün effektiv üsul olduğuna inanmağa başlayıblar. Bu, son aylarda daha aydın görünür. Yəni getdikcə daha çox dövlətlər Putinə qarşı təzyiqin gücləndirilməsinin vacibliyini qəbul edirlər. Beləliklə, Qərb ölkələri arasında Rusiyaya hərbi-siyasi təzyiq məsələsində vahid mövqenin formalaşdığı aydın görünür. Bu isə müharibənin gedişində müəyyən dəyişikliklərin baş verməsi ehtimalını artırır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər