Qrenlandiya ABŞ-yə xəbərdarlıq edib
Qrenlandiya Baş naziri Yens Frederik Nilsen ABŞ-nin adadakı təsir kampaniyalarını pisləyib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, Vaşinqtonu ada sakinlərinə hörmətlə yanaşmağa çağırıb.
“Bu, qəbuledilməzdir, amma bizim üçün yeni bir şey deyil . Əgər siz qrenlandiyalılara asanlıqla təsir edə biləcəyinizi düşünürsünüzsə, bu, işləməyəcək”, - Nilsen qeyd edib.
Baş nazir vurğulayıb ki, Birləşmiş Ştatlar Qrenlandiyaya digər müttəfiqləri kimi hörmətlə yanaşmalıdır. Əks halda, onun fikrincə, konstruktiv əməkdaşlıq gözləmək çətindir.