00:00:00
Yazar
Admin User
23.12.2025 19:07 106 2 dəq oxuma
Siyasət

Qrenlandiya üzərində gərginlik

Qrenlandiya üzərində gərginlik

Kopenhagen hökuməti bazar ertəsi günü açıqlama verərək bildirib ki, ABŞ prezidenti Luiziana ştatının qubernatorunu Qrenlandiya ilə bağlı xüsusi nümayəndə təyin etdikdən sonra Danimarkanın ərazi bütövlüyünə hörmət edilməlidir. Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti artırmaq məqsədilə xüsusi nümayəndə təyin etməsi fonunda Danimarka bütün ölkələrdən, o cümlədən ABŞ-dən öz suveren ərazi sərhədlərinə hörmət göstərilməsini tələb edir.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Qrenlandiya Danimarka ilə olan hüquqi bağlardan ayrılaraq müstəqil dövlət olmaq istəyir:

 

 

“Qrenlandiya, Danimarka Krallığının tərkibində muxtariyyət statusuna malik olan bir adadır. Lakin bu, onun daim müstəqilliyə can atmasına mane olmur. Qrenlandiya həm Danimarka Krallığından, həm də Danimarka ilə olan hüquqi bağlardan ayrılaraq müstəqil dövlət olmaq istəyir. Donald Tramp ABŞ prezidenti seçildikdən dərhal sonra Qrenlandiyaya olan marağını açıq şəkildə ifadə edib. O, bu adanı pul qarşılığında almaq istədiyini bildirib. Bu təklifə həm Danimarka hökuməti, həm də Qrenlandiya rəhbərliyi qəti şəkildə etiraz edib.

ABŞ-nin Qrenlandiyaya artan marağının əsas səbəbləri vardır.

Birinci səbəb, Qrenlandiyanın təbii sərvətləridir. Burada nadir yer elementləri, qiymətli metallar, karbohidrogen ehtiyatları, içməli su və uran yataqları mövcuddur. Bunlar, ABŞ üçün ciddi strateji və iqtisadi əhəmiyyət daşıyır.

Lakin daha böyük əhəmiyyət kəsb edən məsələ, Qrenlandiyanın coğrafi mövqeyidir. Şimali Atlantika ilə Arktika arasında yerləşən ada mühüm dəniz yollarının keçdiyi nöqtədə yerləşir və bu, ABŞ üçün strateji cəhətdən vacibdir”.

 

Müsahib qeyd edib ki, ABŞ-nin bundan sonrakı münasibəti Qrenlandiyanın müstəqilliyini dəstəkləmək istiqamətində olacaq:

 

“Çox güman ki, ABŞ Qrenlandiyanın müstəqilliyini daha çox dəstəkləyəcək və müstəqil olduqdan sonra ora sərmayə yatıraraq siyasi və iqtisadi nüfuz qazanmağa çalışacaq. Hazırda adanın ABŞ-yə birləşdirilməsi real görünmür, amma dolayısı ilə təsir etməyə cəhdlər olacaq.

ABŞ Arktikanın sərvətlərindən daha fəal şəkildə faydalanmağa çalışacaq. Bu isə Rusiyanın və Çinin maraqlarına zidd olacaq.

Arktika regionunda rəqabətin artması təhlükəli risklər yaratması gözlənilmir.

Qısa müddətdə belə risklər ehtimal olunmur, çünki Arktikada kifayət qədər resurs var və əməkdaşlıq yolu daha məqsədəuyğundur. Bunu Rusiya, Çin və ABŞ də anlayır. Amma gələcəkdə müəyyən risklər yarana bilər”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər